Suallar və cavablar
Salam . Mənim atam 2019- cu ildə vəfat etmişdir. Həmin zaman onun Bank of Bakuya kredit borcu var idi.Mən banka ölüm sənədini təqdim etdim. Bu il 18 iyunda məni Bank of Bakunun əsas ofisinə çağırırb bildirdilər ki borcunu mən ödəməliyəm. Guya mən vərəsə təyin olunmuşam.Lakin belə bir şey olmamışdır və atamdan mənə heç bir miras qalmamşdır ki mən onun borcunu ödəyim.Bank mənə bildirdi ki səni məhkəməyə verib ödətdirəcəyik. Mən nə etməliyəm. Zəhmət olmasa köməklik göstərərdiniz.
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir.
Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Azərbaycanda kiçik biznes yaratmaq istəyirəm. Şirkət qeydiyyatı üçün hansı addımları atmalıyam?
Rəhbərim qanunsuz şəkildə məni işdən çıxarmaq istəyir. Hüquqlarımı necə qoruyum?
Rəsmi quruma şikayət etmək istəyirəm. Məktubu necə düzgün yazmalıyam?
Xarici vətəndaş ailəmizin mirasından pay tələb edə bilərmi?
Polis məni ifadə vermək üçün çağırıb. Gedib ifadə verməliyəmmi və hansı hüquqlarım var?
Ailə üzvüm tərəfindən zorakılığa məruz qalıram. Məni və uşaqlarımı necə qorumaq olar?