Suallar və cavablar
İş yerində mənim nüfuzuma xələl gətirmək üçün yalan məlumatlar yayılır. Hüquqlarımı necə müdafiə edə bilərəm?
Mənzili kirayəyə verirəm, amma hüquqlarımı qorumaq üçün müqaviləni necə yazmalıyam?
Xaricə səfər öncəsi pasportumu itirdim. Bunu necə bərpa edə bilərəm?
Müqavilə bağlanarkən imzalar möhürlə təsdiqlənməyib.1 nüsxədə tərtib olunub. Qarşı tərəfə verilməyib. Bu hallar onun etibarsız sayılması üçün səbəb ola bilər mi? Universitet ilə tələbə arasında bağlanan müqavilədir. Yəni notarial qaydada təsdiqlənmir.
Mən Azərbaycan vətəndaşıyam və xarici ölkədə daşınmaz əmlak almaq istəyirəm. Bu mümkündürmü?
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir.
Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Rəhbərim qanunsuz şəkildə məni işdən çıxarmaq istəyir. Hüquqlarımı necə qoruyum?
Salam əyər məhkəmə tərəfindən boşanma olmasa aliment ödəməliyəmmi