Bank avtomobil krediti verərkən kasko sığortanı da məcburi deyir. Mən niyə məcburi ödəməliyəm, bu qanunidirmi?
Sayt administrasiyası
04.12.2024
cavabın tarixi: 04.12.2024
Avtomobil girov olduqda bank öz riskini azaltmaq üçün kasko sığorta tələb edə bilər. Bu qanunda birbaşa məcburi olmasa da, bankın kredit şərtidir. İstehlakçı kimi razı deyilsinizsə, digər banklara müraciət edə bilərsiniz. Bu tələbi mübahisələndirmək mümkündür, ancaq çox hallarda məhkəmə bankın bu haqqını tanıyır, çünki əmlakın qorunması bankın qanuni marağıdır.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mən ipoteka krediti götürmək istəyirəm və bank mənim evi girov kimi tələb edir. Bu girov prosesi necə rəsmiləşir, hansı sənədlər tələb olunur və hansı hallarda bank evə əl qoya bilər?
Salam . Mənim atam 2019- cu ildə vəfat etmişdir. Həmin zaman onun Bank of Bakuya kredit borcu var idi.Mən banka ölüm sənədini təqdim etdim. Bu il 18 iyunda məni Bank of Bakunun əsas ofisinə çağırırb bildirdilər ki borcunu mən ödəməliyəm. Guya mən vərəsə təyin olunmuşam.Lakin belə bir şey olmamışdır və atamdan mənə heç bir miras qalmamşdır ki mən onun borcunu ödəyim.Bank mənə bildirdi ki səni məhkəməyə verib ödətdirəcəyik. Mən nə etməliyəm. Zəhmət olmasa köməklik göstərərdiniz.
Yeni mobil tətbiqlər, onlayn ödəniş platformaları var. Mən bank olmayan ödəniş provayderlərinin xidmətlərindən istifadə edirəm. Bu, hansı riskləri daşıyır və hüquqi müstəvidə hansı qorumanı təmin edir?
Bəzi banklar depozit sertifikatı təklif edir, bəziləri sadəcə əmanət hesabı açır. Bu sertifikat hüquqi baxımdan nəyi təmin edir, başqa kiməsə sata bilərəm?