cavabın tarixi: 29.11.2024
Banklar kredit risklərini yenidən qiymətləndirmək hüququna malikdir. Sizin gəlir səviyyəniz, ödəniş tarixçəniz və s. əsasında limiti dəyişdirə bilərlər. Müqavilədə bu haqda bənd ola bilər (Bank birtərəfli qaydada limiti dəyişə bilər). Siz bununla razı deyilsinizsə, müqaviləni oxuyun, bəndə etirazınız varsa Mərkəzi Banka və ya məhkəməyə şikayət edin. Fəqət bankın ümumi təcrübəsində riskə uyğun olaraq limiti yeniləmək adi haldır.