Mobil bank tətbiqindən istifadə edərkən hesabdan səhv çıxarışlar baş verib. Bank texniki səhv deyir, amma pulu qaytarmır. Elektron əməliyyatlar hüquqi cəhətdən necə tənzimlənir?
Sayt administrasiyası
25.10.2024
cavabın tarixi: 25.10.2024
Elektron bankçılıq əməliyyatları da adi bank əməliyyatları qədər hüquqi qüvvəyə malikdir. Sizin icazəniz olmadan köçürmə baş veribsə, bank səhvi isbat edərsə, zərəri ötmək məcburiyyətindədir. Siz bankın daxili qaydalarına uyğun müraciət edin, nəticə olmasa Maliyyə Bazarlarına Nəzarət Palatası və ya məhkəməyə şikayət edin. Elektron izlər, loqlar və sistem qeydləri araşdırılaraq kimin xətası olduğu müəyyənləşir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Son bank hesabatında xəbərim olmadan kartımdan bəzi tutulmalar olduğunu aşkar etdim. Banka müraciət etdim, amma tam aydın izahat ala bilmədim. Bu ödənişlərə görə mənə xəbərdarlıq edilməyib. Bu pulu geri qaytarmaq üçün hansı addımları atmalıyam, bankı necə cavabdeh tuta bilərəm?
Borc pul təcili lazım idi, bank 3 həftə ərzində təsdiq etmədi və nəticədə ziyan çəkdim. Müqavilə imzalanmamışdan qabaq gecikmə üçün məsuliyyət daşıyırmı?
Valideynim rəhmətə gedib, onun bank krediti varmış. Həmin borclar qanunla avtomatik bizə keçir? Yoxsa hansısa prosedur var? Borc məbləğindən artıq mirasdan imtina etmək olar?