cavabın tarixi: 06.01.2025
Bankı dərhal məlumatlandırmalısınız, bank səhv alan şəxsə məlumat göndərir. Əgər qarşı tərəf geri qaytarmırsa, hüquqi mübahisə yaranır. Səhv ödəniş Mülki Məcəlləyə görə əsassız zənginləşmədir, məhkəmə vasitəsilə o pulun qaytarılmasını tələb edə bilərsiniz. Bank sadəcə vasitəçidir, mülki məsuliyyət isə səhv ödənişi alan şəxsə düşür. Praktikada bankla və qarşı tərəflə danışıqlar aparılmalıdır. Müqavilə xətası səbəbindən məhkəməyə müraciət edə bilərsiniz.