Borcunu ödəməyən şəxsi cinayətə cəlb etmək olar? - Vakil-az.com

Borcunu ödəməyən şəxsi cinayətə cəlb etmək olar?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

13.12.2024

Mənə borclu şəxs pulu qaytarmır. Onu polisə şikayət etməklə cinayət məsuliyyətinə cəlb etmək mümkündürmü? Yoxsa mülki məsələ kimi baxılır?

Sayt administrasiyası 17.12.2024
cavabın tarixi: 17.12.2024

Sadəcə borcun qaytarılmaması cinayət halı kimi qiymətləndirilməz, bu əsasən mülki hüquq mübahisəsidir. Cinayət işi yalnız saxtakarlıq, dələduzluq kimi hallarda qaldırıla bilər. Məsələn, qarşı tərəf sizi aldatmaq üçün qəsdən yalan ifadələr verib, saxta sənədlər tərtib edibsə, dələduzluq maddəsi ilə cinayət işi ola bilər. Ancaq adi ödəmə qabiliyyəti olmayan borclunu cinayətə cəlb etmək mümkün deyil. Bu səbəbdən, əsas prosedur mülki məhkəmə yolu ilə tələbin təminidir.

Похожие вопросы

Valideynlərimin borcunu övlad kimi mən ödəməliyəmmi?

cavab yoxdur
14.11.2024
Atam bankdan böyük məbləğdə kredit götürüb, sonra dünyasını dəyişdi. Bank isə indi məndən tələb edir ki, borcu mən ödəyim. Bu qanunidirmi, mirasçı olduğum üçün bu borc üzərimə düşür?
0
0
1
Hamısını göstər