cavabın tarixi: 20.11.2024
Hakim müəyyən hallarda Mülki Prosessual Məcəlləyə əsasən ‘icranın təxirə salınması’ və ya ‘icranın hissə-hissə aparılması’ barədə qərar verə bilər. Bunun üçün tutarlı əsaslar (məsələn, sağlamlıq problemi, işsiz qalma) göstərməli, məhkəməni inandırmalısınız. Bu qərar verilsə, müəyyən müddətlik faizlər dayandırılmaya bilər, amma icra hərəkətləri müəyyən vaxtadək dondurulur və ya hissələndirilir. Bankın da etirazı nəzərə alınır, amma hakimin səlahiyyətindədir.