cavabın tarixi: 19.11.2024
Konişmento dəniz daşınmasında əsas sübut sənədidir: yükün təhvil alınmasını və müvafiq alıcıya çatdırılma öhdəliyini təsdiqləyir. Həmçinin hüquqi cəhətdən qiymətli kağız funksiyasını daşıya bilər. Itərsə, yükün kimin mülkiyyətində olduğunu sübut etmək çətinləşir. Ona görə ehtiyatlı olmaq, surətlərini saxlamaq, orijinal nüsxəni itirməmək vacibdir. Əgər səhv doldurulubsa daşıyıcıdan və ya ekspeditordan düzəliş tələb edilməlidir. Aksi təqdirdə, məhkəmə prosesi uzana bilər.