cavabın tarixi: 26.11.2024
Azərbaycan qanunvericiliyində elektron hərrac mexanizmləri vardır və əgər məhkəmə qərarı icra prosesinə keçərsə, icra orqanı gəmini elektron hərracda da sata bilər. Bəzi ölkələrdə dəniz məhkəməsi əmlakı ənənəvi müzayiqə üsulu ilə satmağa üstünlük verir. Lakin, sırf gəmi olması elektron formatı istisna etmir. Əsas şərt, hərracın şəffaf və qanuni olmasıdır. Gəminin texniki dəyərləndirməsi, sənədləri, ipoteka hüquqları hamısı nəzərə alınmalıdır.