cavabın tarixi: 27.12.2024
Dövlət satınalmaları haqda qanun konsorsium formatında ortaq müraciətə icazə verir, əsas şərt konsorsium iştirakçılarının həm ayrıca, həm də ortaq məsuliyyəti barədə razılaşma sənədini tender təklifinə əlavə etməkdir. Adətən koordinə edən bir lider şirkət seçilir, digərləri alt-podratçı rolunda çıxış edə bilər. Lakin konsorsium bütün üzvlərin imzası ilə tender paketi təqdim etməlidir. Hər şirkətin müvafiq sənədləri (maliyyə, vergi, təcrübə) toplanaraq ümumi təklifdə təqdim edilir.