cavabın tarixi: 01.12.2024
Ekoloji qanunvericiliyə əsasən, iri enerji layihələri üçün mütləq Ekoloji Təsirin Qiymətləndirilməsi (ETQ) sənədi hazırlanmalıdır. ETQ sənədində ərazinin flora-faunasına, su ehtiyatlarına, torpağa və yerli əhaliyə təsirlər qiymətləndirilir. Nazirlik təsdiqləyənə qədər bu layihə icazə almış sayılmır. Siz də ictimai dinləmələrə qatıla, layihə sənədlərini tələb edə bilərsiniz. Zərərli təsir ola bilərsə, məhkəmə və ya inzibati yollarla layihənin dayandırılmasına çalışmaq mümkündür. Əgər ETQ aparılmayıbsa, bu, qanun pozuntusudur.