Tutaq ki, qısa müddətə qaz xətti çəkilməsi üçün mənim bağımdan keçirlər, bir neçə ağac zədələnir. Buna görə hansı hüquqlarım var? Müvəqqəti olsa da zərərə görə kompensasiya mümkündürmü?
Sayt administrasiyası
28.10.2024
cavabın tarixi: 28.10.2024
Bəli, mülkiyyətçi əmlakına dəymiş zərərə görə kompensasiya tələb edə bilər. Tərəflər adətən müqavilə imzalayır. Qaz operatoru da zərərin ödənilməsini öz öhdəsinə götürməlidir. Qanunda müvəqqəti işlərə dair zərərin ödənilməsi prinsipi var. Razılıq əldə olunmasa məhkəməyə gedə bilərsiniz. Ağacların dəyəri, torpağın bərpası xərcləri hesaba alınaraq sizə ödəniş kəsilməlidir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Çay və göllərdə kimyəvi tullantıların axıdılması, balıq ölümlərinə, ekosistemin pozulmasına səbəb olur. Bu cinayət və ya inzibati hüquqpozma kimi dəyərləndirilirmi? Kimə şikayət etməli?
Hündür göydələnlər hava axını, günəş işığı maneəsi və s. təsirlə ekoloji tarazlığı poza bilər. Bu hal üçün xüsusi qanun varmı, tikinti icazəsi necə verilir?
Mənim kəndimin yaxınlığında çay yatağından izinsiz qum-çınqıl çıxarırlar, bu da suyun axarını dəyişir. Təbiətə, körpülərə, əkin sahələrinə zərər dəyir. İzin olmadan bu işlər mümkündürmü? Kimi xəbərdar etməliyəm?
Şəhərdə yaşıllıq sahələrinin, ağacların müxtəlif tikinti layihələrinə görə kütləvi şəkildə kəsilməsinin şahidi oluram. Hansı qanunlar şəhər ərazisində yaşıllıqların qorunmasını təmin edir, bu kəsimlərə icazə verən qurum kimdir? Yaşıllıqların qorunmasını tələb etmək üçün haraya müraciət etmək mümkündür?
Zavod-fabrik dolu zonada yaşamaq üçün evlər tikilir. Ora köçənlərin sağlamlığı risk altında ola bilər. Bu tikililərə icazə kim verir və orada ekoloji tələblər necə qorunmalıdır?
Məktəblərdə uşaqlara ətraf mühitin mühafizəsi dərsləri keçmək qanunidirmi? Yoxsa bu sadəcə əlavə bir fəndir? Qanunda ekoloji biliklərin tədrisi nəzərdə tutulubmu?