Qeyri-menzil təyinatlı binada yaşamağın hüquqi nəticələri nədir?
- 06.12.2024
Dövlət ehtiyacları, yol salınması və ya böyük layihələr səbəbindən bina və ya evimin sökülməsi planlaşdırılır. Bu zaman mənə təklif edilən kompensasiya ilə razılaşmaya bilərəmmi, yoxsa məcburi şəkildə söküntüyə razı olmaq lazımdır? Sözün qısası, köçürmə prosesi necə tənzimlənir?
Azərbaycan qanunvericiliyi çərçivəsində, ictimai ehtiyaclar üçün mülkiyyətin məcburi alınması (məsələn, yol, dövlət layihələri) yalnız adekvat kompensasiya ödənilməsi şərti ilə mümkündür. Kompensasiyanın məbləği tərəflər arasında razılaşdırılmadıqda müstəqil qiymətləndirici müəyyən edir və lazım gəldikdə məhkəməyə müraciət oluna bilər. Mülkiyyətçi kimi hüququnuz var ki, təklif edilən məbləğ sizi qane etmirsə, məhkəməyə gedəsiniz. Qanuna görə kompensasiya bazar dəyərinə uyğun, əlavə zərərləri də (köç, nəqliyyat xərcləri) nəzərə almaqla müəyyənləşməlidir.