Qadına məxsus əmlak ərlə birgə mülkiyyət sayılır? - Vakil-az.com

Qadına məxsus əmlak ərlə birgə mülkiyyət sayılır?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
3

10.12.2024

Evlilikdən əvvəl mənzil almışam və öz adıma sənədləşdirmişəm. Evləndikdən sonra yoldaşım deyir ki, bu ev artıq bizim ortaq əmlakımızdır. Doğrudanmı o pay sahibi ola bilər?

Sayt administrasiyası 12.12.2024
cavabın tarixi: 12.12.2024

Ailə Məcəlləsi prinsiplərinə görə evlilikdən əvvəl alınan əmlak şəxsi mülkiyyət sayılır. Evlilik dövründə ortaq vəsaitlə alınan əmlak isə birgə mülkiyyətə keçər. Sizin evlənmədən öncə əldə etdiyiniz mənziliniz normalda təkcə sizə məxsusdur, yəni yoldaşınızın həmin mülk üzərində pay tələbi əsaslı sayılmaz. Ancaq sonradan orada böyük təmir və ya dəyər artıran xərclər ortaq vəsaitlə olunubsa, o hissənin mübahisəsi ayrı məsələ ola bilər.

Похожие вопросы

Mənzil aldigin şirkəti məhkəməyə vermək

1 cavab
08.05.2025
Şirkət adigimiz mənzilin kv 81.6, dövlət reyestr xidmətinin cixarişinda göstərilən kv 65,6 gösterilir.arasindaki fərq 16 kv pulunu geri almaq olarmi,əgər geri almaq olarsa mənzilin kv əvvəlki kv 750 man məbləği ilə yoxsa hal hazırda ki, kv 1200 man qiyməti ilə hesablanmalıdır.tikinti materialların qiymetinde de ferq çoxdur , evvel nə isə alib temir etmək olurdusa,indi mümkün deyil. Və 2 .sualım. həmin şirkətin müqavilədə göstərdiyi mənzilin nömrəsi 317 , reystir xidmətinin verdiyi cixarişda mənzilin nömrəsi 12 gösterilir,bu nə dərəcədə doğrudur, mənim verdiyim suallara görə şirkəti məhkəməyə vermək olarmı, xahiş edirəm bir aydınlıq gətirirdiniz.Teşəkkurlər.
Читать далее
0
0
22
Hamısını göstər