Mən torpağıma ev tikmək üçün podratçı şirkətlə razılaşacam. Sözlə danışdıq, amma müqavilə imzalanarkən hansı detallar xüsusi olaraq yazılmalıdır?
Sayt administrasiyası
12.11.2024
cavabın tarixi: 12.11.2024
Podrat müqaviləsində ən vacib məqamlar: (1) Tikilinin layihəsi və texniki şərtlər, (2) İşin dəyəri və ödəniş mərhələləri, (3) İşin başlama və bitmə vaxtları, (4) Gecikmə və keyfiyyətsizliyə görə məsuliyyət, (5) Garantiyalar və sığorta tələbləri, (6) Mübahisələrin həlli mexanizmi. Bunlar yazılı şəkildə ətraflı göstərilməlidir ki, sonradan mübahisə düşəndə hüququnuzu qorumaq daha asan olsun. Həmçinin, dövlət qeydiyyatı və icazə məsələləri də nəzərə alınmalıdır.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Uzun müddət öncə bağ sahəsi almışam, orada kiçik ev tikmişəm, amma hələ də formal sənədləri yoxdur. Bağ evi olduğuna görə güzəştlər var? Çıxarış necə əldə edilir?
Mən həyətyanı sahəmdə əlavə tikili aparmaq istəyirəm, lakin icazə məsələləri ilə bağlı narahatam. Qonşularım bəzi hallarda heç bir sənədsiz tikintilər aparırlar, ancaq bu, sonradan problem yarada bilər. Tikinti aparmadan əvvəl hansı sərəncam və ya icazə sənədlərini əldə etməliyəm ki, gələcəkdə cərimələr və ya sökülmə riski olmasın?
Dövlət xətti ilə güzəştli ipoteka almaq fikrindəyəm. Bilmək istəyirəm, hansı kateqoriya insanlar bu proqrama daxildir, faiz dərəcələri necə olur, proses mürəkkəbdir?