Bəzi karqo şirkətləri deyir ki, ‘sən heç nə ödəməyəcəksən, biz özümüz həll edirik’. Amma bu qanuna ziddir? Nə risklər var?
Sayt administrasiyası
27.10.2024
cavabın tarixi: 27.10.2024
Bəzi “karqo” şirkətləri qeyri-rəsmi yollarla gömrük bəyanatı doldurmadan və ya mal dəyərini azaldaraq keçirə bilər. Bu, qanunsuzluqdur və idxalçını da məsuliyyətə cəlb edə bilər. Əgər gömrükdə aşkarlanarsa, mal müsadirə, cərimə və ya cinayət işi açıla bilər. Dürüst karqo şirkəti hər malı rəsmi bəyannamə ilə keçirir, rüsumları qanuna uyğun hesablayır. Qənaət üçün bu cür saxta yollara əl atmaq riskli və qanuna ziddir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mən yerli fabrikdə mal istehsal edirəm, onu xarici bazara ixrac etmək istəyirəm. Ölkənin deklorativ olaraq ixracı dəstəklədiyini bilirəm, amma real praktikada rüsumlar və prosedurlar necədir?
Ticarət nümunəsi olaraq cüzi dəyərli malları (məsələn, parça nümunələri) sürətli poçtla gətirirəm. Bunlara rüsum tətbiq oluna bilərmi, yoxsa nümunə olduqları üçün azaddırlar?
Bəzi hallarda müəyyən malların idxalı üçün gömrük rüsumları ödənilməyib. Bu hansı hallarda mümkündür? Hansı mallar tam və ya qismən azad olunur? Fərdi şəxslər də bu imkandan yararlana bilərmi, yoxsa yalnız biznes subyektləri üçündür?
Mən xaricdən məhsul gətirirəm və onun gömrük dəyərini hesablamaqda çətinlik çəkirəm. Bu dəyər invoysda göstərilən qiymətəmi bərabərdir, yoxsa üzərinə başqa xərclər də əlavə edilməlidir? Gömrük qanunvericiliyinə əsasən gömrük dəyərinə nələr daxil olur və hansı hallarda deklarasiya qiyməti qəbul olunmur?
Mən şəxsi istifadəm üçün xaricdən maşın almaq istəsəm, gömrükdə hansı ödənişlərlə rastlaşa bilərəm? Mühərrikin həcmi, istehsal ili, yanacaq növü də təsir edirmi? Bu barədə sadə izah lazımdır ki, büdcəmi planlaşdıra bilim.