cavabın tarixi: 27.10.2024
Müvəqqəti idxal rejimi ilə avadanlığın dəyərinə görə depozit və ya təminat qoyub ölkəyə gətirmək mümkündür. Müddət bitdikdə geri aparılmalı, əks təqdirdə daimi idxal üçün rüsumları ödəməlisiniz. İcarə müqaviləsi əsasında avadanlıq sahibi xarici şirkətdirsə, gömrük orqanı müvəqqəti idxala dair məlumatları sənədlərlə təsdiq edəcək. Hər ay və ya il üçün müəyyən rüsumun qismən ödənilməsi kimi mexanizmlər də ola bilər.