İdman Federasiyası mənim barəmdə müvəqqəti diskvalifikasiya qərarı verib, hələ tam araşdırma bitməyib. Bu hansı qanuna əsaslanır, niyə əvvəlcədən cəza verilir?
Sayt administrasiyası
28.12.2024
cavabın tarixi: 28.12.2024
Müvəqqəti diskvalifikasiya, intizam işi gedərkən federasiya qaydalarına uyğun qoruyucu tədbir qismində tətbiq olunur. Adətən, dopinq testi müsbət nəticə verən hallarda və ya ciddi nizam-intizam pozuntularında verilir. Hüquqi əsası, federasiyanın nizamnamə və intizam kodeksidir. Qərar tam araşdırma bitənədək ehtiyatən çıxarılır. Bununla razı deyilsinizsə, eyni intizam orqanına və ya apellyasiya mexanizminə şikayət verə bilərsiniz.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mən beynəlxalq turnirdə pul mükafatı qazanmışam. Bu vəsait vergiyə cəlb olunmalıdırmı? Azərbaycan qanunvericiliyinə görə, vergidən azadolma halları varmı?
Bir sosial şəbəkədə mənim dopinq qəbul etdiyim barədə əsassız dedi-qodular yayılır. Bu böhtandır. Mən hansı məhkəməyə və hansı hüquqi əsasla müraciət edim?
Mən peşəkar idmançıyam, beynəlxalq yarışda dopinq testinə məruz qalacağam. Dopinq testdən keçə bilməsəm, hansı cəzalar tətbiq edilə bilər, diskvalifikasiya və cərimə riski varmı?