cavabın tarixi: 14.11.2024
İnzibati qaydada dövlət qurumunun qərarına qarşı şikayət etmək üçün bir neçə yol var. Əvvəlcə həmin orqandan yuxarı orqana şikayət verə bilərsiniz. Əgər oradan da müsbət cavab gəlməsə və ya ümumiyyətlə belə yuxarı orqan yoxdursa, birbaşa inzibati məhkəməyə müraciət edə bilərsiniz. İddia ərizənizdə mübahisənin predmeti, hüququn pozulduğu maddələr, tələb etdiyiniz nəticə və faktiki əsaslar aydın göstərilməlidir. Həm də ərizəyə bütün lazımi sənəd və sübutları əlavə etmək vacibdir.