Çox vaxt bank sənədlərini imzalayırıq, amma detallara baxmırıq. Faiz dərəcəsi, gecikmə cəriməsi, komissiyalar – hamısı orada ola bilər. Buna laqeyd yanaşsam, sonradan mübahisə edən zaman necə sübut edə bilərəm ki, şərtlər mənim üçün anlaşılmaz idi?
Sayt administrasiyası
04.12.2024
cavabın tarixi: 04.12.2024
Müqavilənin məzmununu imzalamadan əvvəl oxuyaraq anlamaq istehlakçının öz məsuliyyətidir. Bank tez-tez səhifələrlə sənədi təqdim etsə də, qanun tələb edir ki, əsas şərtlər, faiz və cərimələr aydın şəkildə göstərilsin. Müqaviləni imzaladıqdan sonra “xəbərim yox idi” müdafiəsi adətən qəbul edilmir. Buna görə də, hər bir bəndi incələmək, sual yaranırsa bank əməkdaşından izahat tələb etmək və mümkün olduqda hüquqşünasla məsləhətləşmək məsləhətdir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Kartımdan hər hansısa ödəniş aparılıb, amma mən heç bir əməliyyat etməmişəm. Bank deyir ki, internet üzərindən edilmiş. Mən karta itkin düşməyib, amma məlumat sızmış ola bilər. Bu halda hüquqi addımlar nələrdir, pulu geri almaq olar?
Mikromaliyyə, Lombard kimi yerlər ‘bank’ statusu olmadan istehlak krediti verir. Onların faizləri daha yüksək ola bilər. Hansı qanunla işləyirlər, istehlakçı hüququ na dərəcədə qorunur?
Bankla müqavilə bağlayanda hədə-qorxu və ya zəif duruma salındığımı hiss edirəm. Məsələn, ailə vəziyyətimdən sui-istifadə etdiklərini düşünürəm. Bu əsasla müqaviləni etibarsız saydıra bilərəmmi?
Bank bəzən sms göndərir ki, ‘kart limitinizi 2000 manatdan 3000 manata qaldırdıq’. Halbuki mən razılıq verməmişdim. Bu qanunidir, yoxsa icazəmi almalı idilər?
Çox vaxt eşidirik ki, kredit götürən şəxs vəfat edirsə, sığorta borcun qalanını ödəyir. Amma həmin sığorta müqaviləsi bütün ailə üzvlərinə də şamil olunmur ki?