Kreditlə bağlı problemdə filiala müraciət etdim, amma müsbət cavab vermədilər. Mərkəzi ofisə yazsam, faydası olar, yoxsa vaxt itkisi mi?
Sayt administrasiyası
31.12.2024
cavabın tarixi: 31.12.2024
Adətən bankın qərarvermə səlahiyyəti mərkəzləşdirilir. Filial yalnız ilkin mərhələdə sənədləri qəbul edir. Mərkəzi ofisə rəsmən yazılı şəkildə şikayət və ya tələb göndərmək, müsbət nəticə verə bilər. Əlavə olaraq, bankın müştəri xidmətləri və ya ombudsman xidməti ola bilər, oraya da şikayət yönəltmək məsləhətdir. Yararsız olsa, son çarə kimi Mərkəzi Bank və ya məhkəməyə müraciət etmək hüququnuz var.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Deyək ki, hər ay 300 manat ödəniş göstərilib, amma bu ay 500 manat ödəyirəm. Artıq qalan 200 manat növbəti ayın faizini və ya əsas borcunu azaldırmı? Banka hansı şəkildə yönəldilir?
Bir neçə il öncə devalvasiya nəticəsində valyuta kreditim artdı, eşitdim ki, dövlət bəzi program həyata keçirdi. Indi də belə bir mexanizm varmı, hara müraciət edim?
Ev mənim adımdadır, krediti də mən götürmüşəm. Amma orada böyüklər, uşaqlar yaşayır. Borcu ödəyə bilməsəm, bank evi boşaldacaqmı, məhkəmə ailənin yaşayış hüququnu necə həll edir?