cavabın tarixi: 04.12.2024
Azərbaycanda ər-arvadın ümumi borc anlayışı Mülki Məcəlləyə əsasən mövcud deyil, amma ailə birliyi üzrə mülkiyyətin bölüşdürülməsi ayrı məsələdir. Kredit kimin adına rəsmiləşdirilibsə, bank ondan və varsa zaminindən tələb edir. Digər şəxs müqavilədə iştirak etməyibsə, bank birbaşa ona iddia qaldıra bilməz. Lakin boşanma zamanı bu borc ailə xərcləri üçün istifadə olunmuşdursa, mülki mübahisə kimi ailə mülkü bölünəndə nəzərə alına bilər. Bank isə yalnız borcalanı cavabdeh tutur.