Bank girovu olaraq ev təyin edildikdə ailə istifadə edə bilərmi? - Vakil-az.com

Bank girovu olaraq ev təyin edildikdə ailə istifadə edə bilərmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

04.12.2024

Ev mənim adımdadır, krediti də mən götürmüşəm. Amma orada böyüklər, uşaqlar yaşayır. Borcu ödəyə bilməsəm, bank evi boşaldacaqmı, məhkəmə ailənin yaşayış hüququnu necə həll edir?

Sayt administrasiyası 08.12.2024
cavabın tarixi: 08.12.2024

Eviniz girovdursa və borcu ödəmirsinizsə, bank icra yolu ilə hərracda satılmasını tələb edə bilər. Lakin bu zaman məhkəmə və icra prosesi gedir. Sizin ailənizin orada yaşayışı çətinləşir, amma qanun evin satılmasına mane olmur. Hətta orada yaşayan azyaşlılar olsa da, borca görə icra tədbiri istisnalar xaricində aparıla bilər. Məhkəmə bəzən müvəqqəti möhlət verə bilər, amma uzunmüddətli qorunma yoxdur. Ona görə, girov müqaviləsi bağlayanda riskləri mütləq nəzərə almalısınız.

Похожие вопросы

Tələbə kimi kredit götürmək üçün hansı şərtlərə diqqət yetirməliyəm?

cavab yoxdur
09.11.2024
Mən universitet tələbəsiyəm və gündəlik xərclərimi qarşılamaq üçün bir istehlak krediti götürməyi düşünürəm. Hər hansı daimi işim yoxdur, yalnız təqaüd alıram. Banklardan soruşduqda zəmanətçi tələb edirlər və ya əlavə təminat istəyirlər. Bu, qanunla necə tənzimlənir, hansı sənədlərə ehtiyac ola bilər və gələcəkdə borc ödənişini gecikdirsəm, hansı problemlərlə üzləşə bilərəm?
Читать далее
0
0
2

Kredit təşkilatı bank deyil, fərq nədədir?

cavab yoxdur
22.10.2024
Mikromaliyyə, Lombard kimi yerlər ‘bank’ statusu olmadan istehlak krediti verir. Onların faizləri daha yüksək ola bilər. Hansı qanunla işləyirlər, istehlakçı hüququ na dərəcədə qorunur?
0
0
1
Hamısını göstər