cavabın tarixi: 28.10.2024
Crowdfunding mövzusu dünyada populyardır, lakin Azərbaycanda xüsusi qanun hələ geniş formalaşmayıb. Bununla belə, yığılan vəsait sərmayə (səhmlər) kimi veriləcəksə, Qiymətli Kağızlar qanunu tətbiq oluna bilər. İanə formasında isə fərqli yanaşma var. Vergi məsələlərini diqqətdə saxlamaq vacibdir. Yəni hüquqi riskləri azaltmaq üçün ya rəsmi platformalardan istifadə, ya da qanuni məsləhətləşmə aparmaq gərəkdir.