Dövlət orqanlarının piramidaya qarşı mübarizədə səlahiyyəti hansı səviyyədədir?
- 11.11.2024
Piramit sxeminə qoşulmuşam və pul itirmişəm. Ölkə qanunvericiliyinə əsasən zərərçəkmiş şəxs kimi öz hüquqlarımı qorumaq, itirdiyim vəsaitləri geri tələb etmək üçün hansı addımları ata bilərəm? Cinayət işi açıla bilərmi, yoxsa yalnız mülki qaydada iddia qaldırmaq mümkündür?
Əgər piramida fəaliyyətindən zərərçəkən şəxs olaraq dələduzluq və ya başqa cinayət tərkibi mövcuddursa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz. Prokurorluq və polis araşdırma aparıb cinayət işi başlata bilər. Bundan başqa, mülki qaydada maddi zərərin ödənilməsi üçün məhkəməyə iddia vermək hüququnuz var. Məhkəmə prosesində piramidanın təşkilatçılarından itirdiyiniz vəsaitin qaytarılmasını tələb etmək mümkündür. Amma reallıqda itirilən məbləğin tam geri alınması, piramida qurucularının maliyyə vəziyyətindən asılı ola bilər.