cavabın tarixi: 26.11.2024
Birincisi, şirkətin rəsmi avtomobil satışı lisenziyası və gerçək stokda olan maşınları varmı. İkincisi, aylıq ödənişlər nəyə əsaslanır, yeni üzvlərdən gələn pulla əvvəlkilərə avtomobil vermək şəkli varsa, piramidadır. Üçüncüsü, əgər “vaxtında avtomobil almadınsa, daha çox adam dəvət et, bonus qazan” tipli sözlər varsa, şübhəli sayılır. Etibarlı dilerlər adətən bank krediti və ya lizinq yolu ilə maşın satırlar, piramida sxemindən qaçırlar.