Mirasdan imtina proseduru necə aparılır? - Vakil-az.com

Mirasdan imtina proseduru necə aparılır?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

05.11.2024

Mənə atamdan miras qalıb, amma orada çoxlu borclar olduğunu öyrəndim. Mirasdan rəsmi şəkildə imtina etmək istəyirəm. Bu prosesi necə həyata keçirmək lazımdır, hansı vaxtda və kimə müraciət edilməlidir?

Sayt administrasiyası 09.11.2024
cavabın tarixi: 09.11.2024

Mülki Məcəlləyə uyğun olaraq miras açıldıqdan (ölüm tarixindən) 6 ay müddətində notariat orqanına müraciət edərək mirası qəbul və ya ondan imtina edə bilərsiniz. İmtina üçün notariusda ərizə verilir. İmtinadan sonra həmin mirasdan heç bir pay tələbi irəli sürə bilməyəcəksiniz, amma borclarına görə də məsul olmayacaqsınız. Vaxtı keçsə, imtina hüququnuz itə bilər, ona görə 6 ay ərzində addım atmaq önəmlidir.

Похожие вопросы

Vərəsəlik vergisi varmı?

cavab yoxdur
30.11.2024
Mirası alan şəxs vergi ödəməlidirmi? Məslən, ev və ya digər əmlak. Azərbaycanda bu cür vergi mövcuddurmu?
0
0
0

Mərhumun borcları mirasçılara necə təsir edir?

cavab yoxdur
14.01.2025
Qardaşım vəfat etdi və biz onun əmlakını miras alacağıq. Amma onun bəzi banklara kredit borcu qaldığını öyrəndik. Bu borcları mirasçı olaraq biz ödəməliyikmi, yoxsa ondan imtina edə bilərik?
0
0
1
Hamısını göstər