Sahibkarlıq obyektləri çətin satılırsa mirasçı nə etsin? - Vakil-az.com

Sahibkarlıq obyektləri çətin satılırsa mirasçı nə etsin?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
0

08.12.2024

Biz atamızın ticarət obyektini miras olaraq almışıq, ancaq onu satmağımız çətinlik yaradır, bazar dəyəri çoxdur. Əvəzində payımıza düşən pulu ala bilmirik. Hüquqi yol nədir?

Sayt administrasiyası 13.12.2024
cavabın tarixi: 13.12.2024

Bir neçə mirasçı varsa, obyekti bölmək əvəzinə satmaq və pulu bölüşdürmək ümumi yanaşmadır. Satış çətinliyinə görə məhkəmə ‘izaleyi-şüyü’ (ortaq mülkiyyətin aradan qaldırılması) üsulu ilə hərrac vasitəsilə satılmasına qərar verə bilər. Yaxud içinizdən biri digərlərinin payını satın alır. Məhkəmə məcburi satışa çıxarırsa, mülkiyyət hərracda dəyərindən aşağı satıla bilər, buna diqqətli olmaq lazımdır.

Похожие вопросы

Qardaşım məcburən vəsiyyət yazdıra bilərmi?

cavab yoxdur
13.01.2025
Atam yaşlıdır, qardaşım ona təzyiq göstərir ki, bütün əmlakını mənə vəsiyyət elə. Əgər atam bu təzyiq altında imza atsa, necə sübut edək ki, etibarsızdır?
0
0
5

Vərəsəlik vergisi varmı?

cavab yoxdur
30.11.2024
Mirası alan şəxs vergi ödəməlidirmi? Məslən, ev və ya digər əmlak. Azərbaycanda bu cür vergi mövcuddurmu?
0
0
0

Vəsiyyət olmadıqda miras necə bölüşdürülür?

cavab yoxdur
22.11.2024
Atamın vəfatından sonra heç bir vəsiyyət sənədi tapılmadı. Hamımız bilirik ki, atam nələrə sahib idi, amma vəsiyyət olmadıqda, bu əmlakın bölüşdürülməsi necə aparılır? Hansı qanuni əsaslarla və kimlər bu mirasa iddia edə bilər?
0
0
1

İkinci nikahdan doğulan övladın miras payı varmı?

cavab yoxdur
27.10.2024
Əvvəlki evliliyindən boşanan atam ikinci dəfə evləndi və orada daha bir övladı oldu. Atamın mülkiyyəti bəzi qohumlarımız tərəfindən yalnız birinci nikahdan olan bizə çatmalı kimi təqdim edilir. Bu, doğru mudur?
0
0
1
Hamısını göstər