Qismən əlillik dərəcəsi alanın pensiyası nə qədər olur? - Vakil-az.com

Qismən əlillik dərəcəsi alanın pensiyası nə qədər olur?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
3

02.01.2025

Mənim 3-cü dərəcə əlilliyim var. Bu halda pensiya məbləği çox az olur, yoxsa normal yaşamaq üçün kifayət edə bilər? Qanun buna necə yanaşır?

Sayt administrasiyası 06.01.2025
cavabın tarixi: 06.01.2025

Əlillik dərəcəsi 1, 2 və 3 olaraq fərqli müəyyən edilir. 3-cü dərəcə ən yüngül hesab olunduğundan, ona görə təyin edilən pensiya da nisbətən azdır. Yanaşı olaraq sosial müavinətlər və ya əlavə dəstək proqramları ola bilər. Məsələn, əmək qabiliyyəti bir qədər varsa, müəyyən işlərdə çalışmaq mümkündür. Pensiyanın dəqiq məbləği isə sığorta stajınız və sosial ayırmalarınıza bağlıdır. DSMF-də fərdi hesabınıza əsasən məbləğ təyin olunur.

Похожие вопросы

Ər-arvadın pensiya hüquqları birləşir?

cavab yoxdur
13.01.2025
Ailə qurmuşuq, lakin həyat yoldaşım heç vaxt işləməyib. Mənim sığorta stajım var, onun isə yoxdur. Gələcəkdə pensiya dövründə sığorta haqlarını birləşdirmək və ya mənim hesabıma onun da pensiya alması mümkündürmü?
0
0
3

Mən yaşa görə pensiya üçün minimum staj necə toplaya bilərəm?

cavab yoxdur
30.12.2024
Uzun illər çalışmamışam, indi isə yaşla bağlı pensiya almaq istəyirəm. Ancaq eşitdim ki, müəyyən qədər sığorta stajı olmadan pensiyaya çıxa bilmərəm. Bu minimum stajı hansı yolla tez bir zamanda toplaya bilərəm? Həmçinin, bir neçə fərqli yerdə çalışmışamsa, bu stajlar toplanırmı? Hər hansı sənədləri toplayıb təqdim etməliyəm, yoxsa elektron bazada görsənir? Bilmək istəyirəm ki, sığorta ödənişlərinin rəsmiləşdirilməsi necə aparılır.
Читать далее
0
0
1

Pensiya kartı ilə sosial yardım kartı eynidirmi?

cavab yoxdur
04.11.2024
Mənim həm sosial yardımım var, həm də yaşa görə pensiya almaq istəyi var. Bunlar ayrı-ayrı bank kartlarıdır, yoxsa eyni kartdan pullar gəlir? İki məbləğ qarışıq düşə bilərmi?
0
0
2
Hamısını göstər