Pay torpağının gəlirləri pensiya hesabında nəzərə alınır? - Vakil-az.com

Pay torpağının gəlirləri pensiya hesabında nəzərə alınır?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

18.12.2024

Kənddə pay torpağım var, oradan məhsul götürüb satıram. Amma rəsmi bəyan etmirəm. Bu gəlir sosial sığorta hesabına daxil olurmu? Gələcək pensiyama müsbət təsir göstərə bilərmi?

Sayt administrasiyası 20.12.2024
cavabın tarixi: 20.12.2024

Pay torpağından əldə etdiyiniz gəliri rəsmi qeydiyyata salaraq vergi və sosial sığorta ödəmələri etsəniz, bu sizin sığorta stajınıza əlavə edilə bilər. Əks halda, qeyri-rəsmi qazanc kimi qalmış olar və staj hesablanmaz. Özəl sahibkarlıq (kənd təsərrüfatı fəaliyyəti) üzrə qanunvericilikdə bəzən vergi güzəştləri mövcuddur, amma sosial sığorta hissəsi ödənməyibsə, pensiya hüququ artmaz.

Похожие вопросы

Hamısını göstər