Könüllü sığorta ödəmələri hansı hesabdan ödənməlidir? - Vakil-az.com

Könüllü sığorta ödəmələri hansı hesabdan ödənməlidir?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
2

28.12.2024

Mən rəsmi işləmədiyim üçün könüllü sığorta etmək istəyirəm. Onu hər ay bank vasitəsi ilə DSFM hesabına köçürməliyəm, yoxsa onlayn da olurmu? Hansısa kassa var?

Sayt administrasiyası 29.12.2024
cavabın tarixi: 29.12.2024

Könüllü sığorta ödənişləri DSMF-nin rəsmi hesabına, adətən bank köçürməsi və ya nağdsız şəkildə ödənilir. Bəzi regionlarda DSMF bölmələri kassaları da mövcuddur. Hal-hazırda onlayn ödəniş imkanları da var, e-sosial platformasında müqavilə bağlayıb ödənişi elektron şəkildə etməyə şərait yaradılıb. Müqaviləni imzalayarkən ödəniş üsulu barədə məlumat veriləcək.

Похожие вопросы

Hamiləlik zamanı müvəqqəti işdən azad olma və pensiyaya təsiri

cavab yoxdur
05.01.2025
Hamilə olduğum üçün müvəqqəti olaraq işdən çıxmalı oldum. Sığorta ödənişləri də kəsildi. Bu, mənim gələcək pensiya hüququma necə təsir göstərə bilər? Doğumdan sonra işə qayıdacağam, ancaq həmin müddətin staja təsirini bilmək istəyirəm. Həmçinin, analıq məzuniyyətinin pensiya stajında hesaba alınması barədə nə deyə bilərsiniz?
Читать далее
0
0
2

Pensiya alıb xaricdə yaşamaq olar?

cavab yoxdur
01.01.2025
Mən Azərbaycanda pensiya ala-ala daimi şəkildə başqa ölkədə yaşamaq istəyirəm. Bu mümkünmü? Yoxsa burada daimi qeydiyyatda olmaq məcburidir?
0
0
2

Ödənilməmiş sığorta borcları pensiya hüququma mane ola bilərmi?

cavab yoxdur
02.11.2024
İşəgötürən bir neçə ay sığorta ödənişlərini etmədi. Mənim maaşımdan kesilsə də, dövlətə çatdırılmadı deyəsən. Bu, gələcək pensiya və staj hesabıma problem yarada bilərmi, yoxsa sonradan düzəltmək mümkündür? Hansı orqana şikayət etməliyəm?
0
0
1
Hamısını göstər