Özəl Universtetdə müəllimlik edən şəxsin pensiya hüququ dövlətə aiddirmi? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Özəl Universtetdə müəllimlik edən şəxsin pensiya hüququ dövlətə aiddirmi?

Özəl Universtetdə müəllimlik edən şəxsin pensiya hüququ dövlətə aiddirmi?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

11.12.2024

Özəl ali məktəbdə müəllim işləyirəm, dövlətdə deyil. Maaşımdan sosial sığorta tutulur. Qanunvericilikdə bu, yenə də dövlət pensiyasına daxildir, yoxsa universitet özəl olduğundan xüsusi pensiya sistemimi var?

Sayt administrasiyası 16.12.2024
cavabın tarixi: 16.12.2024

Azərbaycanda dövlət və özəl sektordan asılı olmayaraq, rəsmi əmək müqaviləsi əsasında sosial sığorta tutulursa, sizin dövlət pensiyası hüququnuz yaranır. Özəl universitetin əlavə pensiya planı ola bilər, amma ümumi dövlət pensiyası sistemi DSMF qaydaları hamıya şamildir. Yəni maaşınızdan dövlət sosial sığorta ayırmaları kəsilirsə, gələcəkdə DSMF-dən yaşa görə, əlilliyə görə və s. pensiya almaq ixtiyarınız var.

Похожие вопросы

Borc müqabilində pensiyaya həbs qoyula bilərmi?

cavab yoxdur
15.12.2024
Bankdan kredit götürmüşəm və ödəyə bilmədim. Məhkəmə qərarı çıxsa, bank mənim pensiya kartıma həbs qoya bilərmi? Yəni pensiya gəlirimdən məbləğ tutula bilərmi?
0
0
0

Ər-arvadın pensiya hüquqları birləşir?

cavab yoxdur
13.01.2025
Ailə qurmuşuq, lakin həyat yoldaşım heç vaxt işləməyib. Mənim sığorta stajım var, onun isə yoxdur. Gələcəkdə pensiya dövründə sığorta haqlarını birləşdirmək və ya mənim hesabıma onun da pensiya alması mümkündürmü?
0
0
3

Uşaq pulu və pensiya əlaqəsi necədir?

cavab yoxdur
21.11.2024
Qanunvericilikdə uşaqlı ailələrə ödənən uşaq pulu mövzusu çox müzakirə olunur. Bəzi ailələr isə düşünür ki, uşaq pulu almaq onların gələcək pensiyasına təsir edəcək. Bu əlaqə doğrudurmu və uşaq pulu hansı formada verilir?
0
0
1
Hamısını göstər