cavabın tarixi: 05.11.2024
Öncə tədbirin video/audio yazısını əldə edin, sübut kimi saxlayın. Mülki Məcəlləyə əsasən məhkəməyə verərək yalan sözlərin təkzibini və mənəvi zərərin ödənməsini tələb edə bilərsiniz. Qanunvericilik tez reaksiya baxımından ehtiyat tədbirləri təmin etmir, amma müvəqqəti qadağalar üçün məhkəməyə müraciət edərək bu ifadələrin yayılmasının dayandırılmasını istəyə bilərsiniz. Təhqirin ağırlığından asılı olaraq cinayət məsuliyyəti də gündəmə gələ bilər.