cavabın tarixi: 04.01.2025
İnklüziv təhsil strategiyasına əsasən, dövlət imkan daxilində xüsusi müəllim və psixoloq dəstəyi təqdim etməyə çalışır. Amma bu, hər məktəbdə tam şəkildə oturuşmuş sistem deyil. Bəzi pilot məktəblərdə pulsuz dəstək var, digərlərində özəl mütəxəssis tutmaq tələb olunur. Rəsmi olaraq Təhsil Nazirliyinə və rayon təhsil şöbəsinə müraciət edin, çünki inklüziv təhsil hüquqi əsaslarla tənzimlənir və imkan daxilində pulsuz dəstək təmin edilməlidir.