Suallar və cavablar
Müqavilə bağlanarkən imzalar möhürlə təsdiqlənməyib.1 nüsxədə tərtib olunub. Qarşı tərəfə verilməyib. Bu hallar onun etibarsız sayılması üçün səbəb ola bilər mi? Universitet ilə tələbə arasında bağlanan müqavilədir. Yəni notarial qaydada təsdiqlənmir.
Xaricə səfər öncəsi pasportumu itirdim. Bunu necə bərpa edə bilərəm?
Rəhbərim qanunsuz şəkildə məni işdən çıxarmaq istəyir. Hüquqlarımı necə qoruyum?
Boşanmaq istəyirik, amma əmlakı necə böləcəyimizi bilmirik. Hansı qaydalar tətbiq olunur?
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir.
Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Boşandıqdan sonra uşaqlarım üçün aliment tələb edə bilərəmmi? Necə hesablanır?
Mənim borcum var, amma xaricə səyahət etməliyəm. Bu mümkündürmü?
2014 cu ilde aile qurmusam.2021ci ilde resmi olaraq bosanmisam.qarsi teref ayda 100 azn olmaqla cemi 600 azn pul odeyib 4 il erzinde.hebsdedir.Qemberov Orxan Ismeli oglu.Hebsxanada iwle temin olunub alimenti odemesini teleb edirem.Bir cox menbelere muraciet etmisem.hecbir irelileyiw yoxdur.mumkunse tedbir gorersiniz.