Suallar və cavablar
Kiçik biznes sahibiyəm, amma vergi borcum var. Ödənməzsə, hansı nəticələrlə üzləşə bilərəm?
Polis məni ifadə vermək üçün çağırıb. Gedib ifadə verməliyəmmi və hansı hüquqlarım var?
Müqaviləm var, amma əməkhaqqımı vaxtında almıram. Hüquqlarımı necə müdafiə edə bilərəm?
Ailə üzvüm tərəfindən zorakılığa məruz qalıram. Məni və uşaqlarımı necə qorumaq olar?
Xaricə səfər öncəsi pasportumu itirdim. Bunu necə bərpa edə bilərəm?
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir.
Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Ev sahibim icarə müqaviləsi olmadan məni evdən çıxarmaq istəyir. Mən nə edə bilərəm?
Müflis olmuş şirkət mənə borcludur. Pulumu necə geri ala bilərəm?