cavabın tarixi: 04.01.2025
Avtosalonla və bankla bağladığınız müqavilədə avtomobilin tam dəyəri, ilkin ödəniş, faiz dərəcəsi, lizinq və ya kredit müddəti, gecikmə faizləri, eyni zamanda girov kimi avtomobilin üzərinə məhdudiyyət qoyulması əks olunur. Sığorta (kasko) çox vaxt şərt kimi qoyulur. Qeydiyyat rəsmi olaraq lizinqin adına ola bilər, kredit tam ödənəndən sonra sizin adınıza keçirilir. Müqavilədə məbləğlər, ödəmə cədvəli və cərimə qaydaları şəffaf olmalıdır.