cavabın tarixi: 06.01.2025
Bələdiyyənin verdiyi sənədlər kadastrda və reyestrdə təsdiqini tapmalıdır. Bəzən bələdiyyələr əslində dövlət mülkiyyətində olan əraziyi səhvən və ya qanun pozuntusu ilə satır. Belə halda reyestr qeydiyyatı imtina edir və alqı-satqı etibarsız sayılır. Əgər torpaq artıq alınıbsa, məhkəmədə etibarsız sayılma və ödənilən məbləğin geri qaytarılması tələb olunur. Almazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mütləq şəkildə yoxlama aparmaq lazımdır.