Bir əcnəbi iş adamı paytaxtdan torpaq sahəsi almaq niyyətindədir. Mövcud qanunvericiliyə görə bu tam mümkündürmü, yoxsa icarə formasında alınmalıdır?
Sayt administrasiyası
21.12.2024
cavabın tarixi: 21.12.2024
Azərbaycan Konstitusiyasına və Torpaq Məcəlləsinə görə, əcnəbilər kənd təsərrüfatı təyinatlı torpaq sahibi ola bilməzlər, lakin şəhər yerlərindəki qeyri-kənd təsərrüfatı torpaqlarında məhdudiyyətlər qismən azdır. Dəqiq kateqoriyaya baxmaq lazımdır. Bəzi hallarda icarə və ya şirkət qurmaqla mülkiyyət əldə edilir. İcra orqanları, şəhərsalma planı və investisiya tələblərinə görə şərtlər irəli sürə bilər.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Zirzəmini sex düzəldib orada səs-küylü və kimyəvi maddələrdən istifadə edən iş görmək istəyirəm. Qonşular etiraz edir. Bu məqsədə uyğun rəsmi icazə almalıyammı?
Şirkət adigimiz mənzilin kv 81.6, dövlət reyestr xidmətinin cixarişinda göstərilən kv 65,6 gösterilir.arasindaki fərq 16 kv pulunu geri almaq olarmi,əgər geri almaq olarsa mənzilin kv əvvəlki kv 750 man məbləği ilə yoxsa hal hazırda ki, kv 1200 man qiyməti ilə hesablanmalıdır.tikinti materialların qiymetinde de ferq çoxdur , evvel nə isə alib temir etmək olurdusa,indi mümkün deyil. Və 2 .sualım. həmin şirkətin müqavilədə göstərdiyi mənzilin nömrəsi 317 , reystir xidmətinin verdiyi cixarişda mənzilin nömrəsi 12 gösterilir,bu nə dərəcədə doğrudur, mənim verdiyim suallara görə şirkəti məhkəməyə vermək olarmı, xahiş edirəm bir aydınlıq gətirirdiniz.Teşəkkurlər.
Bizim binanın üst mərtəbəsindəki sakin mansard tikərək mənzilini genişləndirib. Mən və digər qonşular dam ortaq sahədir deyə narazıyıq. Bu vəziyyətdə hansı hüquqlarımız var?
Atamızdan qalan evi beş qardaş miras almışıq. Satmaq qərarına gəlmişik, ancaq bir qardaş razı deyil. Mən öz payımı ayrı sata bilərəmmi, yoxsa bütün ev birlikdə satılmalıdır?