Bank hesabımdan qanunsuz tutulmalar olub, necə geri qaytara bilərəm? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Bank hesabımdan qanunsuz tutulmalar olub, necə geri qaytara bilərəm?

Bank hesabımdan qanunsuz tutulmalar olub, necə geri qaytara bilərəm?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
0

20.11.2024

Son bank hesabatında xəbərim olmadan kartımdan bəzi tutulmalar olduğunu aşkar etdim. Banka müraciət etdim, amma tam aydın izahat ala bilmədim. Bu ödənişlərə görə mənə xəbərdarlıq edilməyib. Bu pulu geri qaytarmaq üçün hansı addımları atmalıyam, bankı necə cavabdeh tuta bilərəm?

Sayt administrasiyası 25.11.2024
cavabın tarixi: 25.11.2024

İlk olaraq, bankla rəsmi yazılı şəkildə əlaqə saxlayın, tutulmaların nəyə əsaslandığını soruşun. Bank açıqlama verməyə borcludur. Tutulmalar əsassız olduğu təsdiqlənərsə, bank həmin məbləği geri qaytarmalıdır. Bank ödənişin könüllü şəkildə qaytarılmasından imtina edərsə, Mərkəzi Banka və ya Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət vermək mümkündür. Həmçinin, məhkəməyə müraciət edərək əsassız zənginləşmə və ya müqavilə öhdəliyinin pozulması əsasında pulu tələb edə bilərsiniz. Bankın hansı əsasla pul tutduğunu isbatetmə vəzifəsi öz üzərinə düşür.

Похожие вопросы

Atamın borcu

1 cavab
25.06.2025
Salam. Atam bankdan kredit götürmüşdü (UniBank). Rəhmətə getdiyi üçün 1600dolları ödəyə bilmədi. 2022-ci ildən bəri bank məni vərəsə kimi qeyd edərək hədələyir. İş yerimə yazdı. Füzuli rayon məhkəməsi qərar çıxardı (əlimizə gəlməyib qərar) və müəyyən müddət bank heç bir zəng etmir, 1ildən bir yenə hədələyir. Qeyd edim ki, atam Birinci Qarabağ müharibəsi veteranıdır, müharibə əlilidir. Ailədə yeganə işləyən mənəm, 650manat maaş alıram, xəstə anama baxıram. Bankın məndən borc götürmədiyim halda pul tələb etməsi nə qədər doğrudu?
Читать далее
0
0
8
Hamısını göstər