Bank hesabındakı pul mirasa aiddirmi, yoxsa kim kartı götürsə xərcləyə bilər? - Vakil-az.com
  • Ana səhifə
  • Suallar
  • Bank hesabındakı pul mirasa aiddirmi, yoxsa kim kartı götürsə xərcləyə bilər?

Bank hesabındakı pul mirasa aiddirmi, yoxsa kim kartı götürsə xərcləyə bilər?

cavab yoxdur

Ziyarətçidən sual

0
0
1

14.01.2025

Atamın bank hesabında yığımı var. O vəfat edib. Kartı anamda qalıb, o puldan istifadə etmək olurmu? Mirasa aiddir, ya ayrıca nizamlanır?

Sayt administrasiyası 15.01.2025
cavabın tarixi: 15.01.2025

Bank hesabındakı vəsait də mirasa daxildir. Yəni atanın adına olan mevduat hesabındakı pullar varislər arasında qanunla bölünməlidir. Mərhumun bank kartı kimin əlindədirsə, bu o anlama gəlmir ki, həmin şəxs pulu özbaşına çıxara bilər. Rəsmi olaraq bankdan varislik sənədiniz əsasında pay ala bilərsiniz. Kartdan gizli çıxarışlar qanuni məsuliyyət doğura bilər.

Похожие вопросы

İkinci nikahdan doğulan övladın miras payı varmı?

cavab yoxdur
27.10.2024
Əvvəlki evliliyindən boşanan atam ikinci dəfə evləndi və orada daha bir övladı oldu. Atamın mülkiyyəti bəzi qohumlarımız tərəfindən yalnız birinci nikahdan olan bizə çatmalı kimi təqdim edilir. Bu, doğru mudur?
0
0
1

Eyni gündə vəfat edən ər-arvadın mirası necə bölünür?

cavab yoxdur
13.11.2024
Bir qəzada həm kişi, həm də həyat yoldaşı birgə vəfat etmişdir. Onların birgə mülkiyyəti var idi, amma kimin əvvəl öldüyü bilinmir. Bu halda miras necə bölüşdürülür, öncə hansı tərəfin varislərinə keçməlidir?
0
0
1
Hamısını göstər