cavabın tarixi: 20.12.2024
Dərhal bankla əlaqə saxlayıb əməliyyata etiraz edin, kartı bloklayın və ‘fraud’ araşdırması tələb edin. Bank Kartları və Ödəniş Xidmətləri qanunvericiliyinə əsasən, əgər sizin səhlənkarlığınız yoxdursa və əməliyyatı siz təsdiqləməmisinizsə, bank və ya ödəniş sistemi pulu qaytarmağa cavabdeh ola bilər. Bank araşdırmadan imtina edərsə, maliyyə arbitrajına, məhkəməyə və ya Mərkəzi Banka şikayət etmə hüququnuz vardır.