Kart və ya hesab nömrəmi tanışa vermişəm, o öz ödənişlərini mənim hesabımla edir. Sonradan mənim adıma vergi və ya hüquqi problem çıxarmı?
Sayt administrasiyası
27.12.2024
cavabın tarixi: 27.12.2024
Bəli, çıxara bilər. Çünki hesab sizin adınızadır və əməliyyatlar da sizin məsuliyyətinizə yazılır. Qanunsuz fəaliyyət, pul yuyulması və vergi fırıldaqçılığı ehtimalı varsa, istintaq orqanları sizi sorğu-sual edə bilər. Mümkün olsa, ayrı hesab açmaq və ya şəffaf şəkildə müqavilə bağlamaq məsləhətdir. Hər bir əməliyyatı kim və hansı məqsədlə həyata keçiribsə, bu barədə sübutlar toplamaq lazımdır.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Uzun illər əvvəl gecikmələrim olub, amma indi borcları bağlamışam. Kredit bürosunda mənim haqqımda mənfi tarixçə görünür. Bu məlumatlar nə vaxt silinir və ya yenilənir?
Elektron mağazadan telefon götürmüşəm, amma kredit şərtləri dəyişib, faiz artımı olub. Bank deyir ki, bu, istehlak krediti müqaviləsində yazılıb. Mən razı deyiləm, mübahisəni harda həll etmək olar?
Son vaxtlar hesabımdan nədənsə icazəm olmadan pul çıxarıldığını gördüm. Bankla əlaqə saxlayanda tam araşdırma aparılmasını gözləməli olduğumu deyirlər. Pul itkisindən kim cavabdeh olacaq, mən bu prosesi necə izləyə bilərəm?
Ölkədə devalvasiya baş verəndə dollarla olan ipoteka krediti 2 qatına qalxdı. Aylıq ödənişi ödəmək çətinləşib. Qanun bu halda hansı çıxış yollarını təklif edir?
Salam . Mənim atam 2019- cu ildə vəfat etmişdir. Həmin zaman onun Bank of Bakuya kredit borcu var idi.Mən banka ölüm sənədini təqdim etdim. Bu il 18 iyunda məni Bank of Bakunun əsas ofisinə çağırırb bildirdilər ki borcunu mən ödəməliyəm. Guya mən vərəsə təyin olunmuşam.Lakin belə bir şey olmamışdır və atamdan mənə heç bir miras qalmamşdır ki mən onun borcunu ödəyim.Bank mənə bildirdi ki səni məhkəməyə verib ödətdirəcəyik. Mən nə etməliyəm. Zəhmət olmasa köməklik göstərərdiniz.
Dollarda və ya avroda yığımlarım var, bank devalvasiya və ya başqa mövzularda məsuliyyət daşıyırmı? Valyuta dəyişməsi nəticəsində zərər yaranarsa, bankın öhdəliyi varmı?