cavabın tarixi: 23.11.2024
Kredit ödənişlərinə dair bank sənədləri, ödəniş qəbzləri, bank çıxarışları, elektron trasfer qeydləri varsa, bunları toplayın. Bank borcun mövcudluğunu sübut etmək məcburiyyətindədir, çünki tələb irəli sürən tərəf odur. Sizin ödənişlərinizi göstərən qəbzlər və ya hesaba dair məlumatlar varsa, məhkəmə qarşısında əsas kimi istifadə edin. Əgər bank özü də mühasibatlıqda bağlanma qeydiyyatı aparıbsa, bunlar da sübut olacaq.