cavabın tarixi: 14.01.2025
Xarici məhkəmə qərarının Azərbaycanda tanınması üçün məhkəmə tanıma və icraetmə prosesi aparır. Yəni siz əvvəlcə yerli məhkəməyə müraciət edib xarici qərarı tanıtmalısınız. Qərar tanınırsa, banklar da icra sənədinə əsasən əməliyyat aparır. Bank özbaşına başqa ölkə məhkəmə qərarını qəbul etmir. Tələb varsa, yerli icra orqanı vasitəsilə tələb yönəldilməlidir.