cavabın tarixi: 03.01.2025
Bina layihəsində mərkəzi istilik nəzərdə tutulubsa və bu layihə icra hakimiyyəti tərəfindən təsdiqlənibsə, sistemin birgə istifadəsi normal haldır. Siz fərdi kombi quraşdırmaq istəyirsinizsə, binanın ümumi qurğusuna zərər vermədən hüquqi icazə tələb oluna bilər. Qanunvericilikdə paylı mülkiyyətin tərkibi kimi mərkəzi istilik xətləri göstərilirsə, siz ondan imtina edə bilməzsiniz. Mümkündür ki, binanın daxili qaydalarına əsasən ayrıca sistem qurmaq qadağandır.