Məsələn, müəyyən emblemdə həm texniki yenilik, həm dizayn xarakteri var. Patent almaq və ya marka kimi qeydiyyat aparmaq lazımdır? İkisi də ola bilər?
Sayt administrasiyası
09.01.2025
cavabın tarixi: 09.01.2025
Əgər obyektdə texniki funksionallıq varsa ixtira/faydalı model patenti, xarici görünüşü fərqlidirsə sənaye nümunəsi, loqotip və ya ad kimi fərqləndirici xüsusiyyəti varsa marka kimi qeydə salınır. Eyni vaxtda müvafiq tələblərə cavab verirsə, paralel şəkildə bir neçə hüquqi qoruma mümkündür. Məsələn, cihazın texniki tərəfi patentlənir, brend adı markalaşdırılır, dizaynı sənaye nümunəsi kimi qorunur. Tələbləri uyğun gəlməlidir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
İki şəxs romanı birlikdə yazıblar. Biri deyir, əslində 70% mən yazmışam, digəri 30%. Müəlliflik payları necə bölünür? Təkcə ad göstərilməsi kifayətdir, yoxsa razılaşma lazımdır?
Bir populyar film qəhrəmanının eskizini çəkib merchandise hazırlayıram. Bu fan-art sayılacaq, amma kommersiya məqsədi güdürəm. Müəllif hüquqlarını pozmaq riski varmı?