cavabın tarixi: 04.01.2025
Sosial sığorta ödənişi hər iki maaşınızdan tutulursa, pensiya kapitalınız da cəmi formada artar. Yəni ayda iki yerdən gəliriniz var, hər ikisinə sığorta yatırsınızsa, ümumi sığorta kapitalınız yüksəlir. Nəticədə pensiya hesablanarkən bu toplu məbləğ əsas götürülür və daha yüksək pensiya ala bilərsiniz. Lakin bunun üçün hər iki iş yerinin ödənişləri qanuni şəkildə etməsi vacibdir.