Birisi mənə deyir ki, ‘pulumu verməsən, ailəni narahat edəcəyəm.’ Bu artıq təhlükəli hədələmədir. Hara müraciət etməliyəm?
Sayt administrasiyası
15.12.2024
cavabın tarixi: 15.12.2024
Bu, artıq cinayət xarakterli hədə-qorxu ola bilər. Polisə ərizə verib şikayətçi ola bilərsiniz. Qanuni borc tələbi sivil metodlarla aparılmalıdır. Hədə-qorxu, fiziki təhdid, təhqir, təzyiq yolverilməzdir və Cinayət Məcəlləsində dələduzluq, hədə-qorxu ilə tələb etmə kimi maddələr var. Polis olayı araşdıraraq cinayət işi başlada bilər. Sizin də şahid və ya sübut təqdim etməyiniz vacibdir.
Bu mövzuda vəkillərə keçmək üçün aşağıdakı şəhəri seçin:
Mən bir tanışıma müəyyən məbləğdə borc vermişəm, amma o pulu qaytarmağa tələsmir. Dəfələrlə xahiş etmişəm, amma nəticə olmur. Bu pulu rəsmən və qanuni yolla necə tələb edə bilərəm, hüquqi prosedur nədir?
Mikrofinans təşkilatı aylıq 6-7% faiz tələb edir, illik çox böyük rəqəm olur. Bunu qəbul etmişəm, amma sonra başa düşdüm ki, çoxdur. Şikayət edə bilərəmmi?
Bir tanışıma əlbəəl pul vermişdim, amma rəsmi müqavilə və ya qəbz almamışam. İndi deyir ki, o pulu almamışam. Mən necə isbat edim ki, həqiqətən borc vermişəm?